Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Murov qəhrəmanı Röyal Həsənov - VİDEO

Murov qəhrəmanı Röyal Həsənov - VİDEO

Tarix: 28 Aprel 2021 16:14

Şəhidin ailəsi REAL-a danışır

Milli.Az Real TV-ə istinadən bildirir ki, "Dağlaroğlu"nun sonuncu döyüşü Həsənov Röyal Murovdağ uğrunda gedən döyüşlərdə Şəhid olub

Şəhid Həsənov Röyal haqqında kiçik qardaş-bacıları danışır. Kövrəlsələr də, fəxrlə danışırlar. Bu evə əsgərlər böyüyür. Qalib əsgər Röyalın davamçıları.

Röyal 1992-ci il yanvar ayının 2-də Gədəbəy rayon Yenikənd kəndində doğulub.

2011-ci ildən müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq ordu sıralarına qoşulub. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib.

Şəhidin ən böyük arzusu özündən kiçik bacı - qardaşlarının ali təhsil sahibi olmaları idi.

Qeyd edək ki, Şəhid Röyal Həsənov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltiflənib.

Milli.Az


Etiketlər:  Murov qəhrəmanı Röyal Həsənov VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ