Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 17:24
"Dinamo"nun (Kiyev) sabiq futbolçusu Yaroslav Dimanski İvano-Frankovsk şəhərində itkin düşüb.
Sonxeber.net sportinfo-ya istinadən xəbər verir ki, yerli polis 61 yaşlı keçmiş yarımmüdafiəçinin aprelin 20-də evdən çıxdığını və bir daha qayıtmadığını bildirib.
Onun yoxa çıxması barədə ərizə ilə polisə anası müraciət edib. Axtarışlara idarənin şəxsi heyəti cəlb olunub.
Dumanski Ukraynanın "Karpatı", "Metallist", "Prikarpatye" və Rusiyanın "Dinamo" (Moskva) komandalarının da formasını geyinib. O, futbolçu karyerasını 1990-cı ildə başa vurub.