Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 17:48
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, "Vətən" partiyasının lideri Artur Vanetsyan ifadə vermək üçün İstintaq Komitəsinin hərbi istintaq şöbəsinə çağırılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatı Vanetsyanın vəkili Lusine Saakyan təsdiqləyib.
Vəkil A. Vanetsyanın fərariliklə əlaqədar materialların hazırlanmasında dəqiqləşdirmə üçün dəvət edildiyini bildirsə də, onun hansı ifadə verdiyini dəqiqləşdirməyib.
""Şuşa mövqeyindən qaçış"a gəlincə, belə bir halın olub- olmadığını bilən şəxslər tərəfindən açıq şəkildə təkzib yayımlanıb. Aydındır ki, bu, siyasi təqiblərin davamıdır və hüquqi proses başladılırsa, cinayət işinin açılmasından imtina edilməlidir",- deyə Saakyan qeyd edib.