Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 21:20
"Lənkəran şəhəri Yuxarı Nüvədi kəndində gəlinin qayınanası tərəfindən döyülməsi faktı ilə bağlı məsələ araşdırılır".
Sonxeber.net xəbər verir ki, bBunu lent.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə məlum görüntülər yayılan kimi komitə tərəfindən dərhal aidiyyəti qurumlar məlumatlandırılıb:
"Rayon İcra Hakimiyyəti başçısının müavini, monitorinq qrupunun rəhbəri Vəsilə Arifqızı komitəyə məlumat verərək bildirib ki, məsələnin araşdırılması məqsədi ilə ailə icra hakimiyyətinə dəvət olunub. Eyni zamanda polis əməkdaşları tərəflərin onların ifadəsini alıb. Hazırda faktla bağlı araşdırma aparılır".
Teymur Mərdanoğlu həmçinin gəlinlə qayınanasının ifadələrində bəzi ziddiyyətli məqamların olduğunu bildirib: "Onlar icra hakimiyyətinə dəvət olunub ki, daha da dəqiq araşdırma aparılsın. İstənilən halda, görüntülərdən də görünür ki, burada şiddət və zorakıllıq var. Bu da təbii ki, yolverilməzdir. Şikayət olmasa belə bu məsələyə hüquqi qiymət veriləcək".