Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

58 kiloqram arıqladı, ərindən boşandı - FOTOlar

58 kiloqram arıqladı, ərindən boşandı - FOTOlar

Tarix: 29 Aprel 2021 18:28

ABŞ-ın Oreqona ştatının 34 yaşlı sakini Kelli Uilson 58 kiloqram arıqladıqdan sonra ərsiz qalıb.

Sonxeber.net big.az-a istinadla xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Belə ki, Kelli 2014-cü ildə bir sıra xəstəliklər səbəbindən kökəlməyə başlayıb.

Yerindən qalxa bilməyən qadın zərərli qidalarla depressiyaya qalib gəlməyə çalışarkən çəkisi 122 kiloqramadək artıb.

Xəstəlik və piylənmə səbəbindən Uilson, demək olar ki, gəzmirdi. Bu zaman 2007-ci ildə tanış olduğu 32 yaşlı həyat yoldaşı Mayk ona baxıcılıq etməyə başlayıb.

Qadın müxtəlif dietalardan istifadə etsə də, atdığı çəki tez bir zamanda geri qayıdırdı. Səhhəti ona idmanla məşğul olmağa imkan vermirdi.

2019-cu ilin aprel ayında qadın mədə kiçiltmə əməliyyatı keçirdikdən sonra 58 kiloqram arıqlayıb və artıq Maykdan asılılığı qalmayıb.

Lakin hər şey düzəlməyə doğru getmək əvəzinə, cütlük arasındakı münasibətlər gərginləşməyə başlayıb. 2021-ci ildə Mayk boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.

Qadına 14 il birlikdə yaşadığı ərindən boşanmaq çox çətindir. Hazırda o, tənhalığa alışmağa çalışır.


Etiketlər:  kiloqram arıqladı ərindən boşandı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ