Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəbzi ölçə biləcək elektron dəri

Nəbzi ölçə biləcək elektron dəri

Tarix: 29 Aprel 2021 23:32

Yaponiya tədqiqatçıları ürək döyüntüləri kimi, əhəmmiyyətli göstəriciləri ölçmək üçün istifadəçinin sinəsinə yapışdırıla bilən, ultra nazik və yüngül elektron dəri hazırlayıb. Mütəxəssislər insan bədəninin istənilən yerinə bərkidilə bilən kiçik elektron qatın gələcəkdə ağıllı saatlar və fitness izləyiciləri daxil olmaqla bütün geyinilən cihazları əvəz edə biləcəyinə inanır.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bir neçə ildən sonra həkimlər, bir növ izləyici kimi bədəndə daşına bilən elektron dəridən istifadə edərək xəstənin həyati göstəricilərini qeyd edə biləcək. Elektron dəri əzələ yığılmalarından yaranan nəbz və ya elektrik impulsu kimi insan bədənindən gələn siqnalları oxuya bilən sensordur. Yaponiya alimləri xüsusi su sprey ilə istifadəçinin bədəninə yapışdırıla bilən ultra nazik elektron dəri yarada bilib. Süni dərinin hazırlandığı material polivinil spirtdir. Bu tibbdə istifadə olunan zəhərli olmayan materialdır.


Etiketlər:  Nəbzi ölçə biləcək elektron dəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ