Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 10:16
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda işə düşdükdən etibarən bu günədək neft hasilatının həcmi 3,9 milyard bareli ötüb.
Sonxeber.net bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.
Qeyd edək ki, 2021-ci ilin birnci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın həcmi gündə orta hesabla 484 min barel təşkil edib.
İlin birinci rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb üçün AÇG-dən ümumi hasilat - Çıraq (30 000), Mərkəzi Azəri (112 000), Qərbi Azəri (130 000), Şərqi Azəri (79 000), Dərinsulu Günəşli (89 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə - gündə orta hesabla 484 000 barel və ya ümumilikdə təxminən 44 milyon barel, yəni 6 milyon ton olub".
Birinci rübün sonunda AÇG-də ümumilikdə 133 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.