Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2021 08:36
Kontuziya dedikdə beyin toxumasının zədələnməsi nəticəsində yaranan beyin sarsılmasına xas əlamətlər toplumu nəzərdə tutulur.Kontuziya beyin əlamətləri ilə birlikdə beyin kötüyünün zədələnməsi ilə də xarakterizə olunur.
Bu əlamətlər çox vaxt travmanın nəticəsində meydana gəlir.Kontuziya zərbənin beyinin tağ divarına və kəllə əsasına təsiri nəticəsində meydana çıxır.Bu əks-zərbə mexanizmi ilə bağlı olur.Kontuziya qişanın kəllədaxili bərk çıxıntı-lövhələrinə toxunmaqla da meydana gələ bilir.
Kontuziya zamanı ümumi beyin əlamətləri fonunda beyinin ocaq zədələnməsi əlamətləri meydana çıxır.
Travma nəticəsində beyin toxumasının əzilməsi daha ağır dərəcəli hesab edilir.Bu zaman şüurun pozulması daha dərin və uzunmüddətli olur,kontuziya ocaqları sarımtıl ləkələr və ya hemoragik yumşalmalar şəklində olur.Kontuziya zamanı aşağıdakılar baş verə bilir:
* beyin qişalarının parçalanması
* damarların zədələnməsi
* subaraxnodial qansızmalar
Kontuziyanın diaqnozu beyin əlamətləri fonunda ocaq zədələnməsi ilə müəyyən edilir.Bu zaman şüurun pozulması uzunmüddətli və dərin olur.Ocaq əlamətləri kontuziya ocağının yerindən asılı olur.Kontuziya özünü aşağıdakı əlamətlərlə biruzə verir:
- süurun pozulması
- göz-hərəki əzələlərin parezi
- üz sinirinin zədələnməsi
- vətər anizorefleksiyası
- patoloji piramid refleksləri
- hissi və afatik pozulmalar
- hemianopsiya
- meningeal əlamətlər
- tempraturun yüksəlməsi
Kantuziyanın əlamətləri travmanın ağırlığından və əhatəliliyindən asılıdır.Kəskin dövründə şüurun dəyişilməsi və psixi pozulmalar müşahidə edilə bilir.Belə xəstələr narahat olurlar,məkanda və zamanda istiqamət hissini itirirlər.Onlarda bəzən səfehlik,eyforiya,hərəki funksiyaların pozulması,zəifləmə,cinsi həvəsin olmaması qeyd edilir.Kantuziya zamanı patoloji əlamətlər travmadan sonra 1-3 gün ərzində baş verir.
Xəstəliyə diaqnoz travmatoloqlar və nervpatoloqlar tərəfindən qoyulur.
Müalicə xəstəyə ilk tibbi yardımdan və xəstəyə kəskin dövrdə qulluqdan ibarətdir.Müalicə zamanı ümumbeyin əlamətlərinin aradan qaldıran dərmanlardan,, antixolinestaz preparatlardan,biostimulyatorlardan istifadə edilir.