Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 19:04
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2021-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri mayın 4-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsini ziyarət ediblər.
Nazirlikdən verilən məlumata görə, əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri düzülüb. HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqlara HDQ-nin yaranması və fəaliyyəti haqqında məlumat verib. Sonra Ombudsman HDQ-nin "Şərəf kitabı"na imza atıb.
Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.
Daha sonra qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, gəmilər, matros yataqxanası, yeməkxana və digər obyektlərə də baş çəkiblər. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə oxuyan S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib.
Sonda aparatın nümayəndələri ilə hərbi hissənin şəxsi heyətinin birgə xatirə şəkli çəkilib.