Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 20:12
İtaliya Parlamentinin Nümayəndələr Palatasında bir qrup deputat 12 yaşadək uşaqların mobil telefon və tabletlərdən istifadəsini məhdudlaşdıran qanun layihəsi ilə çıxış edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, layihəyə əsasən, qanunun tələblərinin pozulması halında valideynlər 300 avrodan 1500 avroyadək pul ödəməli olacaqlar. Layihədə, həmçinin üç yaşadək körpələrin elektron cihazlardan istifadəsi qəti qadağan olunur.
Qeyd edilir ki, 4-12 yaş arası uşaqların smartfon və tabletlərdən istifadəsi vaxt məhdudiyyəti və böyüklərin nəzarəti altında mümkün olmalıdır. Qanun layihəsini dəstəkləyənlər arasında İtaliyanın keçmiş təhsil naziri Lorenzo Fioramenti də var.
L. Fioramonti açıqlamalarının birində şagirdlərin ciblərində gəzdirdikləri mobil telefonları onların gələcəyini məhv edən silah adlandırmışdı.
Parlamentarilər qanun layihəsini təqdim edərkən elmi araşdırmalar nəticəsində elektron cihazların uşaqların yeni biliklərə yiyələnməsinə problem yaratdığını, nitqin inkişafını ləngitdiyini, əsəbi, aqressiv və stressli əhval-ruhiyyəyə yol açdığını bildiriblər.