Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda hansı sosial şəbəkələrə maraq azalıb? - STATİSTİKA

Azərbaycanda hansı sosial şəbəkələrə maraq azalıb? - STATİSTİKA

Tarix: 4 May 2021 22:12

2021-ci ilin aprel ayı ərzində Azərbaycanda müxtəlif sosial media platformalarının bazar payı açıqlanıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, aprel ayı ərzində istifadəçilərinin sayına görə "YouTube" sosial media platformasının bazar payı yüksək olub.

Ötən ay ərzində "YouTube" istifadəçilərinin sayı 29,32 faiz təşkil edib. Mart ayında 24,26 faizlik bazar payı ilə ikinci ən çox müraciət edilən sosial platforma apreldə ayında birinci yerdə qərar tutub.

Ölkəmizdə ikinci ən çox giriş edilən sosial media platforması isə "Twitter" olub. Mart ayında 33,63 faizlik aktivlik dərəcəsi ilə birinci yerdə qərar tutan "Twitter" aprel ayında 25,74 faizlik bazar payına sahib olub.

Digər istifadəçilərinin sayı ilə seçilən sosial şəbəkə 20,27 faizlik bazar payı ilə "Instagram" olub. Mart ayındakı 17,76 faizlik göstərici ilə "Instagram" apreldə də yerini qoruyub saxlayıb.

"Facebook" da həmçinin mart ayında olduğu kimi aprel ayında da dördüncü ən çox giriş edilən sosial media platforması olub. Mart ayında 13,33 faizlik bazar payına sahib olan platformada istifadəçi aktivliyi daha da artaraq 14,63 faizi təşkil edib.

"Pinterest" istifadəçilərinin sayında azalma müşahidə olunub. Belə ki, mart ayında bu platforma üzrə istifadəçilərin aktivlik dərəcəsi 9,78 faiz təşkil edərkən apreldə 8,68 faizi təşkil edib.


Etiketlər:  Azərbaycanda hansı sosial şəbəkələrə maraq azalıb STATİSTİKA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ