Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 22:40
Amerikalı alimlər işemik insultdan sonra insanlara əllərin hərəkətliliyini bərpa etməyə imkan verən implant hazırlayıblar.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, sözügedən implant "MicroTransponder" şirkəti tərəfindən hazırlanıb. "Vivistim" adlı qurğu boyun nahiyəsinə bərkidilir. İmplantın ölçüsü kibrit qutusu boydadır.
Layihənin müəllifləri bildiriblər ki, implant başdan qarın boşluğunadək uzanan siniri stimullaşdırır. Fiziki reabilitasiya zamanı implant beynin müəyyən sahələrinə ötürülən elektrik siqnalları göndərir. Bunun nəticəsində beynin hərəkəti daha yaxşı yadda saxlamasına kömək edən vacib kimyəvi maddələr (neyromediator) xaric edilir. Bundan başqa, belə təsir neyron zəncirlərini möhkəmləndirir.
Araşdırmalar nəticəsində məlum olub ki, "Vivistim" insultdan sonra fizioterapiyanın səmərəliliyini xeyli yüksəldir. Qurğunun tətbiqi yan təsirlərə səbəb olmur. Xəstə üçün elektrik impulsları boğazda sancma kimi hiss olunur və bu, zamanla keçib gedir.
İmplantın sınaqlarında Böyük Britaniya və ABŞ-dan 108 insan iştirak edib. Onları iki qrupa bölüblər: bir qrupa "Vivistim"in işçi variantı, digər qrupa isə sıfır ardıcıllıqlı cərəyana malik implant quraşdırılıb. Paralel olaraq fizioterapiya aparılıb. 6 həftəlik ambulator müalicə və əlavə olaraq evdə 90 günlük müalicədən sonra birinci qrupdan olan insanların 47%-də əhəmiyyəli irəliləyiş qeyd alınıb. İkinci qrupda bu göstərici 25% təşkil edib.