Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 08:54
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "DOST 102" adlanan yaşayış massivində qeydə alınıb.
1975-ci il təvəllüdlü Vəliyeva Zülfiyyə Hümbət qızı sol qolunun bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qadını oğlu bıçaqlayıb. Z.Vəliyevanın sözlərinə görə, oğlu əsəb xəstəliyində əziyyət çəkir.
Faktla bağlı araşdırma aparılır.