Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 18:54
İqlim dəyişmələrinin insan həyatına mənfi təsirləri qaçılmazdır.
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, bütün ölkələr qlobal istiləşməyə qarşı mübarizə aparır. BMT-nin Baş katibi Antoniyo Quttereş də çıxışlarının birində bildirib ki, orta qlobal temperatur 1,2 dərəcə selsi yüksəkdir. Bu göstəricinin daha da artması fəlakətlə nəticələnə bilər.
Hərəkət etməyə başlamasaq, bu əsr bəşəriyyət üçün son əsr ola bilər.
Araşdırmalar da göstərir ki, 20-ci əsrdə yer səthinin ortalama istiliyi 0,6 selsi artıb. Son 40 ildə atmosferin 8 km alt hissəsində də temperatur yüksəlib. Qar örtüyü və buzlanma təxminən 10% azalıb. ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev REAL-a açıqlamasında bildirdi ki, son 20-30 ildəki iqıim dəyişmələri özünü daha çox büruzə verir. Bu siqnal təbii ki, dünya ölkələrini hərəkətə keçirib.
Hazırda məqsəd temperaturu 1,5 - 2 dərəcəyə salmaqdır. Qlobal istiləşmənin qarşısını almaq üçün bir sıra öhdəliklərin yerinə yetirlməsi vacibdir. Bunu da Azərbaycan həyata keçirməklə müsbət irəliləyişlərə nail ola bilib.
Araşdırmalar göstərir ki, qlobal istilesmənin qarşısı alımMasa, bunun insan həyatına mənfi təsiri qaçılmaz ola bilər. Dəniz səviyyəsinin artması, qlobal istiləşmənin digər nəticəsi - sahilboyu rayonların su altında qalması təhlükəsini artırır. Xatırladaq ki, dünyada hər 10 nəfərdən 4-ü su çatışmazlığından əziyyət çəkir. Su qıtlığı və suyun keyfiyyətinin pis olması, gigiyena və sağlamlıq üçün təhlükə törədə bilər. Bu da infeksiya, ishal və ya korluğa gətirib çıxara bilər