Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 12:40
Bakı. Trend:
2019-cu ilin iyul ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1632 müraciət daxil olub.
AQTA-dan Trend-ə bildirilib ki, daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 41 müraciət daxil olsa da, onlardan yalnız 14-ü öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilmişdir.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 121-i işə qəbulla, 638-i isə digər xarakterli müraciətlər olmuşdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin