Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 21:33
Aşağı karbohidratlı meyvələr diabet pəhrizi üçün yaxşıdır. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Erin Polinski-Uayd bu meyvələri və giləmeyvələri şəkəri yüksək olanlara tövsiyə edir.
Qaragilə və çiyələk. Antioksidant və sellülozlrla zəngin olması baxımından giləmeyvələr diabet xəstələri üçün super məhsuldur. Bir fincan təzə qaragilənin tərkibində 84 kalori və 21 qram karbohidrat olur.
Albalı. Bir fincan albalının tərkibi iltihaba qarşı faydalı olan 52 kalori və 12,5 g karbohidratdan ibarətdir. Antioksidantlarla zəngin olan turş albalı həmçinin ürək xəstəlikləri, xərçəng və digər xəstəliklərə qarşı mübarizədə müsbət təsirə malikdir.
Armud. Sellülozla zəngin olan orta ölçülü bir armudun tərkibində sellülozun gündəlik normasının təxminən 5,5 q və ya 20 faizi olur. Bu baxımdan armudun diabet rasionuna əlavə olunması məsləhətdir. Bundan əlavə, əksər meyvələrdən fərqli olaraq armudun dəriləndən sonra dadı həqiqətən yaxşılaşır.
Armudu yetişənə və yemək üçün ideal olana kimi otaq temperaturunda saxlayın (daha sonra onu soyuducuya yerləşdirmək olar).
Alma. Orta ölçülü alma daha məsləhətlidir. Sellülozla (orta ölçülü bir almada gündəlik normanın 16 faizi, təxminən 4 qram) zəngin olan almanın tərkibində həm də müəyyən miqdarda S vitamini var. Yəni, orta ölçülü bir almanın tərkibində 8,73 mq S vitamini olur ki, bu da gündəlik normanın təxminən 9 faizini təmin edir. Harvard universitetinin "TH Chan" ictimai səhiyyə məktəbinin məlumatlarına görə, almanın həm də qabığı əlavə sellüloza və qoruyucu ürək antioksidantlarına malikdir.