Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 14:16
Bakı. Trend:
Hindistanın Çennay şəhərində 7 yaşlı uşağın ağzından 500-dən çox diş çıxarılıb.
Trend-in məlumatına görə, uşaq alt çənəsində yaranan şiş və ağrılarla əlaqədar həkimə müraciət edib.
Aparılan müşahidələr nəticəsində şişən bölgədə 526 ədəd xırda dişin çıxdığı məlum olub.
Həkimlər bir saat yarım davam edən əməliyyat nəticəsində 200 qramlıq şişi aradan götürüblər.
Əməliyyatın uğurla başa çatdığı deyilir. Həkimlər bu anomaliyanın səbəbini müəyyənləşdirə bilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin