Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2021 11:18
Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Gecə Xokkey Liqasının qala-oyununda iştirak edib.
Milli.az oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısı ənənəvi olaraq, 11 nömrə altında və qırmızı idman köynəyində buz üzərinə çıxıb. Qarşılaşma 13:9 hesabıyla prezidentin komandasının xeyrinə başa çatıb.
Bildirilib ki, Putin sonuncu dəfə 2019-cu ildə xokkey oyununda iştirak edib.
Qeyd olunub ki, Gecə Xokkey Liqası 2011-ci ildə Putin və Rusiyanın tanınmış xokkeyçilərinin təşəbbüsü ilə qurulub. Liqanın məqsədi ölkədə xokkeyin kütləvi inkişafı, həmçinin bu idman növündə ümumrusiya həvəskar yarışlarının təşkilidir.