Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Milan” “İnter”in rekordunu təkrarlayıb

“Milan” “İnter”in rekordunu təkrarlayıb

Tarix: 13 May 2021 12:00

İtaliya A seriyasının XXXVI turunda "Torino"nun qonağı olan "Milan" 7:0 hesablı qələbə qazanıb.

Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, bu qalibiyyət "rossonyerlər" üçün əlamətdar olub.

Komanda cari mövsüm 15-ci səfər qələbəsi əldə edərək, şəhərin digər təmsilçisi "İnter"ə məxsus rekordu təkrarlayıb. "Neradzurra" 2006/07 mövsümündə eyni göstəriciyə imza atıb. Ancaq "Milan"ın rekordu yeniləmək imkanı da var. Çünki Stefano Piolinin yetirmələrinin "Atalanta" ilə bir səfər görüşü qalır.

Qeyd edək ki, "Milan" sona iki tur qalmış 75 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.


Etiketlər:  Milan İnterin rekordunu təkrarlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ