Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2021 16:40
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, 1 318 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 329 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 313 778 nəfər müalicə olunaraq sağalıb, 4 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 825 nəfərdir.
Ötən müddət ərzində 3 375 679 test aparılıb. Bugünkü test sayı isə 7 285-dir.