Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 11:06
11 yaşında ABŞ Prezidenti Barak Obamadan müsahibə götürən Daymon Uiver 23 yaşında dünyasını dəyişib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə mərhum jurnalistin bacısı bildirib.
O bildirib ki, Uiver mayın 1-də öz əcəli ilə vəfat edib: "Uiver sinif şagirdi olarkən 2009-cu ilin avqust ayında Obama ilə görüşdü və ondan reportaj aldı. Müsahibə təxminən 10 dəqiqə davam etdi. Bu müddətdə o, prezidentə əsasən məktəb və təhsillə bağlı 12 sual Verdi".
Qeyd edək ki, Daymon Uiver yaşının az olmasına baxmayaraq, məşhur şəxsiyyətlərlə reportajları ilə məşhur idi. Uiver o zaman vitse-prezident Co Baydendən, həmçinin məşhur televiziya aparıcısı Oproy Uinfri və basketbolçu Dueyn Ueydomdan da müsahibə götürmüşdü.