Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 18:45
Məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramının qonağı bu dəfə Əməkdar artist Gülüstan Əliyeva olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni stilistin suallarını cavablandırıb. O, illər əvvəl oğlunu döyməsindən danışarkən göz yaşlarını saxlaya bilməyib:
"Kənddə qayınatamgillə gedirdik soğan alağına. Oğlum Rüfətin 1 yaşı olardı. Arxamca ağlayırdı. Evdə 7-8 adam var idi. Kişi demirdi ki, qayıt, uşağın balacadır. Uşaq arxamca elə ağlayır ki... Qayıtdım onu necə döydümsə, əlimdə qaldı (ağlayır). Özümü ona görə hələ də bağışlaya bilmirəm. Getdim soğan alağına. Döydüyüm üçün də pisəm. Sarı tikanlar var idi. Hirsimdən ayaqlarımı soyundum girdim tikanın içinə. Dedim, uşağımı döydüm, Allah da məni cəzalandırsın. Heyfimi özümdən belə çıxdım".