Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu qız dünya gözəli oldu - VİDEO

Bu qız dünya gözəli oldu - VİDEO

Tarix: 17 May 2021 11:55

2021-ci ildə "Dünya gözəli" ("Miss Universe") beynəlxalq gözəllik müsabiqəsinin qalibi Meksika təmsilçisi Andrea Mesa olub.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Mənbə yazır ki, finalçılar arasında Braziliya, Hindistan, Peru və Dominik Respublikasından olan qızlar da yer alıb.

Bu il müsabiqə COVİD-19 səbəbiylə lazımi təhlükəsizlik tədbirlərinə uyğun olaraq Florida (ABŞ) şəhərində keçirilib. Yarışda Rusiya Federasiyasını "Miss Rusiya 2019" müsabiqəsinin qalibi Alina Sanko təmsil edib.

Bundan əvvəl "Dünya gözəli" titulu Cənubi Afrika təmsilçisi Zosibini Tunziyə məxsus idi.

Milli.Az


Etiketlər:  Bu qız dünya gözəli oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ