Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu hadisə daxili turizmin inkişafına təkan verəcək - VİDEO

Bu hadisə daxili turizmin inkişafına təkan verəcək -  VİDEO

Tarix: 17 May 2021 15:16

Qəbələ, Şəki-Zaqatala, Oğuz və digər ətraf  bölgələrə  turizm məqsədi ilə gələn  həm xarici, həm də yerli turistlərin sayı artacaq. Bu imkan Ləki stansiyası-Qəbələ birxətli dəmir yolununun istifadəyə verilməsi nəticəsində yaranır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mövzuya münasibət bildirən millət vəkili Vüqar Bayramov deyib ki, həmin dəmiryolunun istifadəyə verilməsi qeyd olunan rayonlarda  turizmin daha da inkişafına töhfə verəcək.

Vüqar Bayramov qeyd edib ki, Qəbələ rayonunda yerləşən hotellərdə rəsmi qeydiyyatdan keçməklə qalanların sayı son 5 ildə 31 dəfə artıb. 2015-ci ildə sözügedən rayonda 5 min 909 nəfər hotellərdə qalmışdısa, pandemiyadan əvvəlki il bu rəqəm 186 431-dək yüksəlib. Bu da birbaşa turizm sektorunda tələbin artması ilə bağlı olub.

Qeyd edək ki, Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində elektrik qatarlarından istifadə olunacaq və yolda orta sürətin saatda 100 km olması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bu hadisə daxili turizmin inkişafına təkan verəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ