Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Windows” sistemində naməlum səhv aşkarlanıb

“Windows” sistemində naməlum səhv aşkarlanıb

Tarix: 18 May 2021 17:42

“Windows” istifadəçiləri naməlum səhv səbəbindən sistem yeniləməsini quraşdıra bilməyiblər. Bu barədə “Windows Latest” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, sosial şəbəkələrdə və “Microsoft” forumunda dərc edilən paylaşımlara görə, “KB5003173” yeniləməsi quraşdırılan zaman “0x800f0922” kodlu səhv görünür. Bundan sonra əməliyyat sistemi avtomatik geri qayıtmağa başlayır. Həmçinin quraşdırılma zamanı əməliyyat sistemi “Chromium Edge” proqramını quraşdırmağa çalışır, lakin bu əməliyyat da səhvlə başa çatır. Sistem diskində boş “Edge” qovluğu yaranır.

 

Mütəxəssislərin məlumatına görə, naməlum səhv yeniləmənin “Microsoft Edge” brauzeri ilə uyğunluğunda mövcud olan problemlə əlaqədar əmələ gəlir. Mayın 11-də quraşdırılan “KB5003173” yeniləməsi “20H2” və 2004 versiyalarına aid məcmu yeniləməsinin tərkib hissəsidir.

 

Daha sonra istifadəçilər “Edge” brauzerini tam ləğv etdikdən sonra yeniləməni quraşdıra bildiklərini deyiblər. Bunun üçün sistem diskində mövcud olan “Program Files” (x86) kataloquna daxil olaraq orada “Microsoft” qovluğunu tapmaq lazımdır. Qovluqda silinməsi tələb olunan “Edge” kataloqu yerləşir. Bundan sonra sistemi yenidən başlatmaq və yeniləməni təkrar quaşdırmağa cəhd etmək lazımdır.

 

“Microsoft” problemə hələ ki rəsmi reaksiya verməyib.

 

Nizam Nuriyev




Etiketlər:  Windows sistemində naməlum səhv aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ