Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Rusiyanın demarkasiya barədə təklifini “yersiz” adlandırdı

Paşinyan Rusiyanın demarkasiya barədə təklifini “yersiz” adlandırdı

Tarix: 20 May 2021 08:03

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı təklifi yersiz hesab edir.

Milli./Az qazet.az-a istinadən xəbər verir ki, barədə "interfaks" məlumat yayıb. Bildirilir ki, Paşinyanın sözlərinə görə, sərhəddəki vəziyyətin çətinləşməsi fonunda demarkasiya haqqında danışıqlar "yersiz aparılır".

O əlavə edib ki, ölkəsi vəziyyətin həlli üçün diplomatik metodlara köklənib.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Tacikistan xarici işlər naziri Sirociddin Muhriddin ilə danışıqlardan sonra Bakı və İrəvana sərhəddəki vəziyyətin həllində kömək göstərməyi təklif edib və Azərbaycan-Ermənistan delimitasiya və demarkasiya komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Lavrovun sözlərinə görə, Rusiya sərhəd demarkasiyası üzrə Azərbaycan-Ermənistan birgə komissiyasının yaradılmasının tərəfdarıdır və bu qurumda vasitəçi olmağa hazırdır.


Etiketlər:  Paşinyan Rusiyanın demarkasiya barədə təklifini yersiz adlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ