Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 10:00
“Google” şirkəti dünyada “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 3 milyard aktiv qurğunın mövcud olmasını açıqlayıb. Bu, “iPhone” smartfonlarının sayından üç dəfə çoxdur – ilin əvvəlində “Apple” şirkəti dünyada öz istehsalı olan smartfonların 1 milyard təşkil etməsini bəyan edib.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2019-cu illə müqayisədə istismarda olan “Android” qurğularının sayı 500 milyon ədəd artıb. 2 milyard qurğu səviyyəsi 2017-ci ildə dəf edilib.
Qeyd olunur ki, açıqlanan statistika “Google Play” platformasının məlumatlarına əsaslanır. Bu isə o deməkdir ki, orada kənar rəqəmli kontent mağazalarından istifadə edən qurğular, eləcə də insanların “Google” servis və əlavələrindən istifadəyə üstünlük vermədiyi Çindəki əksər “Android” sistemli qurğular nəzərə alınmayıb. Dünyada “Google” şirkətinin açıqladığı saydan daha çox “Android” əməliyyat sistemli qurğunun olduğu ehtimal edilir.
Üç milyon saytda 15 milyarddan çox səhifə baxışını analiz edən “StatCounter” servisinin hesablamasına görə, 2021-ci ilin aprelində aktiv “Android” qurğularının payı 72 faiz təşkil edib. “iOS” sistemli texnikada bu göstərici 27 faizə bərabər olub.
Nizam Nuriyev