Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 16:36
2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 51 faiz çoxdur.
Sonxeber.net bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 48,3 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12,6 faiz artıb.
Yanvar-aprel aylarında Azərbaycanın magistral kəmərləri ilə 12,3 milyard kubmetr qaz nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz çoxdur.