Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 15:28
"Spartak" isveçli hücumçu Yordan Larssonla 3 illik müqavilə bağlayıb.
Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 22 yaşlı futbolçu İsveçin "Norrçepinq" klubundan transfer olunub. Qeyri-rəsmi xəbərə görə, transfer üçün 4 milyon təzminat ödənilib. Futbolçu özü isə ilinə 1,1 milyon avro qazanacaq.
Qeyd edək ki, Yordan əfsanəvi isveçli futbolçu Henrik Larssonun oğludur. Henrik Larsson "Barselona", "Mançester Yunayted" kimi klublarda oynayıb.