Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karyerasını bitirəcəyi tarix bilindi

Karyerasını bitirəcəyi tarix bilindi

Tarix: 21 May 2021 16:12

Uels millisinin hücumçusu Qaret Beyl karyerasını başa vurmağa hazırlaşır.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu bunun üçün gələn il keçiriləcək dünya çempionatını gözləyir.

Hazırda icarə əsasında "Tottenhem"də çıxış edən və gələn ay müqavilə ilə məxsus olduğu "Real"a dönəcək 31 yaşlı oyunçu daha bir il "kral klubu"nda oynadıqdan sonra gələn ilin yayında futboldan getmək niyyətindədir. Beyl DÇ-2022-yə vəsiqə qazanacaqları təqdirdə son dəfə böyük turnirə qatılacaq.

Qeyd edək ki, Qaret Beyl bu mövsüm Premyer Liqada keçirdiyi 19 oyunda 9 qol vurub, 2 assist edib.


Etiketlər:  Karyerasını bitirəcəyi tarix bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ