Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BNA avtobuslarda kondisionerlərin işləməməsi haqda: Hava isti olarsa...

BNA avtobuslarda kondisionerlərin işləməməsi haqda: Hava isti olarsa...

Tarix: 22 May 2021 12:02

Bu il may ayının əvvəlki illərdən daha isti keçməsi, üstəlik, ictimai nəqliyyatda tibbi maska taxmaq məcburiyyəti səbəbindən kondisionerlərə daha çox ehtiyac yaranır.

İctimai nəqliyyatda sərinlədici sistemlərin nə vaxt işə salınacağına gəldikdə Milli.Az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, yüksək temperatur davamlı olaraq qeydə alınarsa, kondisioner sistemlərinin işə salınmasına qərar veriləcək.

Onun sözlərinə görə, hələlik mütəmadi isti havalar müşahidə olunmur:

"İctimai nəqliyyatda kondisionerin istifadəsinə dair qəbul edilən normalar var. Havanın temperaturu davamlı olaraq yüksək olarsa, daşıyıcılara kondisionerlərin işə salınması ilə bağlı tapşırıqlar veriləcək".

Milli.Az


Etiketlər:  BNA avtobuslarda kondisionerlərin işləməməsi haqda Hava isti olarsa


RƏYLƏR