Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kloppdan Ozan Kabak açıqlaması

Kloppdan Ozan Kabak açıqlaması

Tarix: 22 May 2021 19:06

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Şalke"dən icarəyə götürdükləri Ozan Kabakın klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, türk müdafiəçinin taleyi ilə bağlı hələ qərar vermədiklərini deyib: "Ozan möhtəşəm iş gördü. İndidən əla təcrübəyə sahib gənc oyunçu olduğunu unutmamaq lazımdır. Fərqli klublarda oynayıb, Türkiyədən Almaniyaya çox gənc yaşda gedib.  Qərar vermək üçün yetəri qədər zamanımız var.  Onun komandaya uyğunlaşması vaxt apardı, ancaq bizim üçün çox yaxşı işlər gördü. Gələcəyi haqqında danışıb, son matçdan sonra qərar verəcəyik".

Qeyd edək ki, O.Kabak yanvar ayından "Liverpul"da icarə əsasında oynayır. O, açıqlamasında Mersisayd təmsilçisində qalmaq istədiyini deyib.

Milli.Az


Etiketlər:  Kloppdan Ozan Kabak açıqlaması


RƏYLƏR