Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2021 15:42
Hindistanın qərbində "Qara kif" adlanan mukormikoz xəstəliyinə yoluxan minlərlə insanın bir və ya iki gözü çıxarılıb.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu xəstəliyə yoluxanların 60 faizi bir və ya iki gözünü itirir.
"Bütün toxumaları, sinirləri və göz qapaqlarını çıxarmasaq, infeksiya beyinə daxil ola bilər, - həkim Akşay Nair bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Hindistanın Racastan və Telanqana ştatlarında "Qara kif" adlı mukormikoz epidemiyası elan edilmişdi.
Mukormikoz və ya "Qara kif" - göbələk xəstəliyinin yaratdığı ağırlaşmadır. Xüsusən ağır xəstəliklərlə, o cümlədən koronavirusla mübarizədən sonra immuniteti düşənlər üçün təhlükəlidir.