Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tokio və Osakada kütləvi peyvəndləmə üzrə xüsusi mərkəzlər işə başlayıb - FOTO

Tokio və Osakada kütləvi peyvəndləmə üzrə xüsusi mərkəzlər işə başlayıb - FOTO

Tarix: 24 May 2021 21:16

Mayın 24-də Yaponiyanın Tokio və Osaka şəhərlərində kütləvi peyvəndləmə üzrə xüsusi mərkəzlər fəaliyyətə başlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya hökuməti bu addımı atmaqla ölkədə sayı 36 milyona çatan yaşlı insanların peyvəndlənməsini iyulun sonunadək başa çatdırmaq niyyətindədir. Bildirilir ki, hər iki obyekt Yaponiyanın özünümüdafiə qüvvələrinin tabeliyindədir. Bu obyektlərdə "Moderna" peyvəndindən istifadə edilir. Həmçinin bildirilir ki, Tokiodakı obyektdə bir gündə 5 min, Osakada isə 2500 nəfərə peyvənd vurulması nəzərdə tutulur. Hökumətin bu göstəricini yaxın müddətdə iki dəfədən çox artırmaq niyyətində olduğu da qeyd edilir.

Bildirilir ki, bu vəzifəni həyata keçirmək üçün həm Tokioda, həm də Osakada yaşı 65-dən yuxarı olan insanların onlayn-qeydiyyatının genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, gələn həftədən başlayaraq Çiba, Saytama, Kanaqava prefekturalarında, həmçinin Kioto və Hyoqoda belə mərkəzlərin fəaliyyətə başlayacağı da bildirilir.

Əlavə olaraq qeyd edək ki, hazırda Yaponiyada yaşlı insanların yalnız dörd faizinə vaksinin birinci dozası vurulub ki, bu da G7 ölkələri arasında ən aşağı göstəricidir.


Etiketlər:  Tokio Osakada kütləvi peyvəndləmə üzrə xüsusi mərkəzlər işə başlayıb FOTO


RƏYLƏR