Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Avropaya bu klublarla yollanır

Azərbaycan Avropaya bu klublarla yollanır

Tarix: 24 May 2021 22:36

Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün iştirakçılar müəyyənləşib. Milli.Az matc.az-a istinadən bildirir ki, bu, Azərbaycan kubokunun final matçından sonra dəqiqləşib. "Keşlə" həlledici matçda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gələrək Konfrans Liqasına (KL) vəsiqəni təmin edib. 

Bundan əvvəl Premyer Liqanın qalibi "Neftçi"nin Çempionlar Liqasında, 2-ci "Qarabağ" və 3-cü olan "Sumqayıt"ın Konfrans Liqasında iştirak edəcəyi dəqiqləşmişdi.
 
Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin  ilk matçları 6-7 iyul, cavab görüşləri 12-14 iyul tarixlərində keçiriləcək. KL-ə isə iyulun 8-i birinci mərhələnin oyunları ilə start veriləcək. 2-ci mərhələdən yarışa başlayacaq Azərbaycan klublarının ilk oyunları 22 və 29 iyulda olacaq.

Milli.Az


Etiketlər:  Azərbaycan Avropaya klublarla yollanır


RƏYLƏR