Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 08:24
İnsanın gözü 380-750 nm dalğa uzunluğu olan günəş şüalarını hiss edə bilir.Günəş işığının dalğa uzunluğu 750 nm və daha artıq olan hissəsinə infraqırmızı,dalğa uzunluğu 10-380 nm olan hissəsinə isə ultrabənövşəyi şüalar deyilir.Ultrabənövşəyi və infraqırmızı şüalar gözlə görünmür və dərinin dərin qatlarına nüfuz etmir.
Ultrabənövşəyi şüalar dəridə piqment örtüyünün yaranmasında və D vitamininin mübadiləsində iştirak edir.Canlı orqanizmin tərkibində olan bir sıra üzvi birləşmələr ultrabənövşəyi şüaların təsirindən öz quruluşlarını dəyişir.Bunun nəticəsində hüceyrə membranlarının funksional xassələri pozulur.
Günəş şüalarının orqanizmə təsiri nəticəsində dəridə eritemalar və yanıqlar əmələ gəlir.Dəridə yerli reaksiyalar parasimpatik sistemin tonusunun artması və simpatik sistemin tonusunun azalması,arterial hipotenziya,qanda şəkərin,xolesterinin və katexolominlərin miqdarının azalması kimi ümumi əlmətlərlə müşayət olunur.Günəş şüalarının dəriyə təsiri yanıqların əmələ gəlməsinə səbəb olur.
Ultrabənövşəyi şüaların orqanizmdə yaratdığı dəyişikliklərin mexanizmində həm humoral,həm də nevrogen reyaksiyalar iştirak edir.Bu zaman şüaların fotokimyəvi təsiri damarların divarına,sinir hüceyrələrinə və hissi sinir uclarına təsir edir.Onlar əmələ gəldikləri yerdə dəri reseptorları vasitəsilə vegetativ mərkəzləri qıcıqlandırırlar.
Ultrabənövşəyi şüaların yüksək dozalarının təsiri nəticəsində eritrositlər hemolizə uğrayır.
Ultrabənövşəyi şüaların bir qisminin blastomagen təsiri də vardır.Onların uzunmüddətli təsiri nəticəsində insan dərisinin paltarla örtülməyən hissəsində xərçəng şişi əmələ gələ bilir.Yer kürəsinin ekvatora yaxın olan zonalarının əhalisi arasında dəri xərçəngi ilə xəstələnmə hallarının sayı nisbətən çoxdur.
Bəzi hallarda günəş şüaları orqanizmə təsir etdikdə damar divarlarının keçiricilik qabiliyyəti artırdamarlar genəlir,orqanizmdə yerli və ümumi dəyişikliklərə məruz qalır.