Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 11:46
İsrail Baş naziri Benyamin Netanyahu MOSSAD xarici kəşfiyyat xidmətinə David Barneanı rəhbər təyin edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb. Məlumata görə, 56 yaşlı Barnea bu vəzifədə Yosi Koeni əvəz edəcək. Koenin rəsmən istefaya 1 iyunda gedəcəyi vurğulanıb.
Qeyd edək ki, Barnea İsrail Baş Qərargahında kəşfiyyat alayının döyüşçüsü olaraq xidmətə başlayıb. O, MOSSAD-a 1996-cı ildə qəbul edilib, İsrailin xaricdəki operativ bölmələrinin komandiri olub.
2019-cu ildən o, MOSSAD sədrinin müavini vəzifəsini icra edib.