Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 15:12
Tovuz döyüşlərində Polad Həşimovun şəhid olması xəbəri onu da sarsıtmışdı. Ona görə də paytaxtda çalışdığı işindən ayrılıb MAXE olaraq ordu sıralarında xidmət etməyə qərar verib.
Sonxeber.net xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət 22 yaşlı Rüstəm Məmmədovdan gedir.
O, Vətən müharibəsi başlayan gündən kəşfiyyatçı kimi ağır döyüşlərə qatılıb.
Suqovuşan-Ağdərə istiqamətində düşmənə ağır zərbələr endirib. İki yaralını xilas edərək yenidən döyüşə gedən zaman isə şəhidlik zirvəsinə ucalıb. Şəhadətə ucalan zaman isə gülərək "hər şey gözəldir vətən yolunda" deyərək gözlərini əbədi yumub.
Rüstəm hərbi xidmətdə olan zaman atasını itirib. Ondan sonra ailənin yükü onun üzərinə düşüb. Hər zaman yeganə bacısını xoşbəxt görmək arzusunda olub. Döyüşlər vaxtı anası ilə danışarkən bacısı Könüldən muğayət olmağı tapşırıb. Döyüş vaxtı ayağından yaralansa da, irəli gedib. Rüstəmin şəhid xəbəri təsdiqlənən gün bacısının qız övladı dünyaya göz açıb.
Rüstəm Məmmədov Suqovuşan-Ağdərə istiqamətində şəhid olub. O, Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: