Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 23:52
PCloud adlı bulud servisinin tərtibatçıları smartfonda ən çox yeri tutan və ən çox enerji sərfiyyatını reallaşdıran tətbiqlərin reytinqini tərtib ediblər. Sözügedən reytinq yüzlərlə məşhur mobil tətbiqin analizi nəticəsində tərtib olunub. Ən çox resurs sərfiyyatını reallaşdıran tətbiqlərin reytinqlərini tərtib etmək üçün tərtibatçlar 3 faktoru qeydə alıblar: Tətbiqlərin tələb etdikləri konfidensial məlumatlar, enerji sərfiyyatı və tətbiqlərdə Dark Mode rejiminin olub-olmaması. Beləliklə əldə olunmuş məlumatlar əsasında aşkar edilib ki, smartfonların Fitbit fitnes qolbaqları ilə sinxronlaşdırılması üçün nəzərdə tutulmuş eyniadlı tətbiq və Verizon mobil operatorunun mobil tətbiqi digərləri ilə müqayisədə daha çox enerji sərf edir. Bu 2 tətbiqdən hər biri fon rejimində 14-16 ədəd konfidensial məlumatı yığa bilər.
Bura həmçinin smartfonun kamera və yaddaşından istifadə, onun yerləşdiyi yer və kontaktlar barəsində yığılan məlumatlar da daxildir. Reytinqdəki 3-cü yeri Skype, 4-cü yeri isə Uber tutub. Bu məsələdə reytnqin ilk 20 pilləsini Facebook və Instagram kimi sosial şəbəkələr, Telegram və Whatsapp kimi messencerlər tuturlar. Lakin maraqlısı ondadır ki, reytinqə daxil olan 50 tətbiqdən yalnız 3-nün Dark Mode rejimi dəstəyinə sahib olduğu qeyd edilib. Halbu ki, bu cür özəllik bir çox müasir tətbiqdə mövcuddur. Smartfonda daha çox yer tutan tətbiqlərə gəldikdə isə burda reytinqin birinci yerini United Airlines aviaşirkətin tətbiqi (437.8 MB), ikinci yerini Lyft taksi servisinin tətbiqi (325.1 MB), üçüncü yerini isə Uber (299.6 MB) tutub. Fitbit və Facebook tətbiqləri də smartfonda kifayət qədər çox yer tuturlar.