Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köhnə telefonların saxlanma qaydaları

Köhnə telefonların saxlanma qaydaları

Tarix: 25 May 2021 23:56

Köhnə smartfondan uzun müddət yararlanmaq üçün, cihazın ömrünü uzadan şərait yaradılmalıdır. Rusiyanın "Roskaçestvo" təşklatının rəqəmsal məhsullarının sınaqdan keçirilməsi üzrə baş mütəxəssisi Sergey Kuzmenko cihazların işləmə müddətini artıran, onların saxlanması qaydaları barədə danışıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssis ilk növbədə telefonu, batareyası tamamilə boşalmış vəziyyətdə saxlamamağı tövsiyə edir: "Uzun müddət ərzində tamamilə boşalmış halda qalmış batareya işləməyəcək". Bundan əlavə, cihazı 50-80% enerji yığmış halda bir neçə ay qalsa zərər görməyəcək. Kuzmenko, həmçinin telefonların və digər cihazların 100% enerji yığmasının vacib olduğu mifi də təkzib edib. "Əksər hallarda litium-ion və ya litium-polimer batareyalardan istifadə olunur ki, buna texniki cəhətdən ehtiyac duyulmur", - ekspert qeyd edib. Bununla belə, batareyanı sıfıra qədər tamamilə boşaltmaqdan çəkinmək lazımdır. Mütəxəssisin dediynə görə, telefonu istiliyin çox yüksək və ya əksinə, çox aşağı olduğu yerlərdən saxlamqdan çəkinmək lazımdır. Eyni zamanda telefonun uzun müddət günəş işığına məruz qalması yolverilməzdir.

Milli.Az


Etiketlər:  Köhnə telefonların saxlanma qaydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ