Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Google” yeni əməliyyat sistemi təqdim edib

“Google” yeni əməliyyat sistemi təqdim edib

Tarix: 26 May 2021 12:54

“Google” şirkəti “IoT” (“Internet of Things” – əşyalar interneti) seqmenti üçün nəzərdə tutulmuş “Fuchsia” əməliyyat sistemini təqdim edib. Bu barədə “9to5Google” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, yeni əməliyyat sıfırdan yazılıb, “Fuchsia” sistemi “Zircon” adlı mikronüvə üzərində qurulub. Əməliyyat sisteminin hazırlanmasına 2016-cı ildə başlanılıb. “Google” tərəfindən təqdim edilmiş açıq mənbə koduyla proqram təminatı “Linux”a əsaslanmır.

 

“Fuchsia 1.0” birinci nəsil “Nest Hub” smart ekranlarında əlçatan olacaq.

 

Emil Hüseynov




Etiketlər:  Google yeni əməliyyat sistemi təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ