Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paşinyan torpaqları satır'' görüntüsü yaratmaq istəyirlər''

''Paşinyan torpaqları satır'' görüntüsü yaratmaq istəyirlər''

Tarix: 26 May 2021 18:20

Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr çox təhlükəlidir. Aydındır ki, indi Ermənistan tərəfdə baş verən bütün hadisələr bir məqsədə - 20 iyun seçkilərinə hesablanıb. Paşinyanın da, rəqiblərinin də hər sözü, hər addımı seçkilər prizmasına görədir.

Sonxeber.net axar.az-a isitinadən xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin sözlərinə görə, Paşinyan nə orduda, nə də təhlükəsizlik sistemində tam söz sahibi deyil:

"Bu strukturlara tam nəzarət edə bilmir, bu orqanlar Qarabağ klanının, daha çox isə Moskvanın təlimatı ilə hərəkət edir. Nikolun rəqibləri sərhəddə gərginliklər yaratmaqla, "ölkə özünü qoruya bilmir, vətən əldən gedir, Paşinyan torpaqları satır" görüntüsü yaratmaq istəyirlər.

Çox təhlükəli vəziyyətdir. Sərhəddə olan əsgərlərimiz, igidlərimiz diqqətli olmalıdır. Ermənilər tez-tez provokasiya edəcək, əsəblərimizlə oynayacaq ki, kimsə dözməsin, silah çəksin, bir neçə erməni əsgərini öldürsün. Məhz o zaman İrəvanda Nikolun rəqibləri siyasi şouya başlayacaq.

Son hadisələr bir daha göstərdi ki, çox tezliklə sərhədlərin dəqiqləşdirilməsi məsələsi başa çatmalı, Ermənistanla sərhədimiz istehkamlara çevrilməlidir. Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, heç kəsin ağlından belə revanşist fikirlər keçməməli, sərhəddə quracağımız təhlükəsizlik sistemi dünyada ən yaxşılardan olmalıdır".


Etiketlər:  Paşinyan torpaqları satır görüntüsü yaratmaq istəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ