Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəmkirdə iki bacını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Şəmkirdə iki bacını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Tarix: 26 May 2021 22:34

22:20

Şəmkirdə iki bacını bıçaqlayan şəxsin kimliyi məlum olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisəni törədən şəxs bacılardan birinin - 1987-ci il təvəllüdlü Tağıyeva Şəlalənin keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Gürzal Alıyevdir.

O, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gürzal Alıyevin baçıların hər birinə bir bıçaq zərbəsi vurduğu bildirilib.

---------

20:28

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

33 yaşlı Süleymanova Şəhla və Tağıyeva Şəlalə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Şəmkirdə bacını bıçaqlayan şəxs saxlanılıb YENİLƏNİB


RƏYLƏR