Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emeri Avropa Liqasının tarixinə düşdü

Emeri Avropa Liqasının tarixinə düşdü

Tarix: 27 May 2021 08:04

"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasında rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 4 dəfə turnirin qalibi olan ilk baş məşqçi olub.

2013/14, 2014/15 və 2015/16 mövsümlərində "Sevilya" ilə kuboku qazanan Emeri bu gün "Vilyarreal"ın sükanı arxasında finalda "Mançester Yunayted"i üstələməklə qalib olub.

İtaliyalı məşqçi Covanni Trapattoni bu göstəricidə 2-cidir. O, 1976/77 və 1992/93 mövsümlərində  "Yuventus"la, 1990/91 mövsümündə "İnter"lə kuboku qazanıb.

Milli.Az


Etiketlər:  Emeri Avropa Liqasının tarixinə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ