Baş məşqçi təyyarədən məcbur düşürüldü – qalmaqal + video
Tarix: 3 Avqust 2019 15:04
“Braqa”nın baş məşqçisi Rikardu Sa Pintu qalmaqallı hadisə ilə üzləşib.
Qol.az RTR-ə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis Faro şəhərinin hava limanında məcburən təyyarədən düşürülüb. Buna onun təyyarə salonunun rəisi və bələdçisi ilə münaqişəsi səbəb olub. Bildirilir ki, təyyarənin bahalı ön sıralarında oturan Sa Pintu ayaqlarını uzatmaq istəyib, amma buna icazə verilməyib. Nəticədə tərəflər arasında münaqişə yaranıb.
Qeyd edək ki, Sa Pintu “Braqa”nın baş məşqçisi vəzifəsinə bu yay təyin edilib.