Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron üzr istədi

Makron üzr istədi

Tarix: 27 May 2021 19:48

Fransa Prezidenti Emmanuel Makron ilk dəfə olaraq ölkəsinin Ruanda soyqırımına görə məsuliyyət daşıdığını bildirib.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə Makron Ruandanın paytaxtı Kiqalidə soyqırımı abidəsinin qarşısında çıxışı zamanı deyib.

"Fransa öz rolunu oynadı və Ruandadakı hadisələrə görə siyasi məsuliyyət daşıyır. Həmçinin, Fransa tarixin üzünə baxaraq, həqiqət də Ruanda xalqına əzab verdiyini etiraf etməyə borludur. Fransa başa düşmədi ki, regional toqquşmanın, yaxud vətəndaş müharibəsinin qarşısını almağa çalışmaqla əslində genosid rejiminin tərəfində olub", - deyə Makron ölkəsinin törətdiyi soyqırımı cinayətini etiraf edib.

Fransa prezidenti buna görə Ruanda xalqından üzr istəyib.

Xatırladaq ki, 1994-cü ilin aprelindən iyun ayına qədər Ruanda soyqırımı zamanı 800 minə yaxın insan qətlə yetirilib.


Etiketlər:  Makron üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ