Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Samsung”un mobil tətbiqi 1 milyard dəfədən çox yüklənilib

“Samsung”un mobil tətbiqi 1 milyard dəfədən çox yüklənilib

Tarix: 27 May 2021 21:16

"Android"in uzun müddət mövcudluğuna baxmayaraq, mobil platformada yüklənmə sayı 1 milyardı ötən tətbiqlər elə də çox deyil. "Samsung" şirkətinin "Samsung Notes" mobil tətbiqinin yüklənmə sayı 1 milyardı ötüb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Notes" proqramı şirkətin bütün smartfonlarına başlanğıc ayar kimi quraşdırılmır. "SamMobile" nəşrinin yazdığı kimi, sözügedən proqram "S Pen" stilusundan istifadə üçün hazırlanıb və bu səbəbdən "Galaxy A", "Galaxy M" və "Galaxy S" isteshal xəttinə aid qurğulara quraşdırılmayıb.

"Samsung Notes" - mətn qeydləri yazmaq üçün sadə və istifadəsi rahat proqram təminatıdır. PDF fayllarının importu, əllə yazılmış və ya səsli qeydlərin əlavə edilməsi və sairə daxil olmaqla çoxlu sayda funksiyanı dəstəkləyir.

Milli.Az


Etiketlər:  Samsungun mobil tətbiqi 1 milyard dəfədən çox yüklənilib


RƏYLƏR