Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 ildən sonra qayıtdı

10 ildən sonra qayıtdı

Tarix: 28 May 2021 02:52

İspaniyanın "Xetafe" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər vürir ki, La Liqa təmsilçisini Xose Miqel Qonsales (Miçel) çalışdıracaq.

İspaniya millisinin və "Real"ın sabiq yarımmüdafiəçisi yeni mövsümdən komandaya rəhbərlik edəcək. 58 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Miçel 2009-11-ci illərdə də "Xetafe"yə rəhbərlik edib. 10 ildən sonra sabiq komandasına qayıdan mütəxəssisin son iş yeri Meksika təmsilçisi "UNAM Pumas" olub. İspaniyalı bu komandaya 2019-cu ilin iyulundan 2020-ci ilin iyulunadək rəhbərlik edib.

Qeyd edək ki, başa çatan mövsümdə La Liqada 15-ci olan "Xetafe"ni Pepe Bardoles çalışdırırdı.

Milli.Az


Etiketlər:  ildən sonra qayıtdı


RƏYLƏR