Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 03:50
Meyxanaçı Namiq Qaraçuxurlu ona qarşı dələduzluq edən şəxslərin tapılması üçün polisin hərəkətə keçdiyini söyləyib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı video açıqlama yayan ifaçı bunları əlavə edib:
"Xəbər paylaşdım ki, mənə qarşı dələduzluq ediblər. Rəsmi olaraq müraciət etməmişəm. Polis dərhal hərəkətə keçib. Məni Türkiyədən tapdılar və yardım etmək istədiklərini dedilər. Bakıya gələndə rəsmi olaraq polisə şikayət edəcəm".
Qeyd edək ki, meyxanaçı İnstaqramda sosial şəbəkədə "@luxury_house_ks" adlı onlayn alış-veriş səhifəsinin onu və bir çoxlarını aldatdığını deyib.