Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaksin olunmayanlara qarşı kəskin addım: 18 dollara olan bileti 1000 dollara satırlar

Vaksin olunmayanlara qarşı kəskin addım: 18 dollara olan bileti 1000 dollara satırlar

Tarix: 29 May 2021 17:50

ABŞ-da insanları koronavirusu ilə mübarizə daxilində peyvənd olunmağa təşviq edən kampaniyalar davam edir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Florida ştatında keçiriləcək və üç pank-rok qrupunun çıxış edəcəyi konsert üçün iki fərqli bilet qiyməti təqdim edilib.

Biletlər peyvənd olunanlar üçün cəmi 18 dollar, olunmayanlar üçün isə 1000 dollardır. Konsertin təşkilatçılarından olan Paul Williams, ABC News-a bildirib ki, bir ildən çox davam edən sərt karantindən sonra peyvəndin, hər kəs üçün açıq olduğu müddətdə insanların özlərini təhlükəsiz hiss edə biləcəkləri bir konsert planlaşdırmaq istəyir.

Peyvənd olunmuş izləyicilər üçün təxminən 250 endirimli bilet satılacağını deyən Williams, bu günə qədər heç kimin 1000 dollara bilet almadığını söyləyib.

Milli.Az


Etiketlər:  Vaksin olunmayanlara qarşı kəskin addım 18 dollara olan bileti 1000 dollara satırlar


RƏYLƏR